Bu gün Kabildəki Amerika səfirliyi qarşısında keçirilən ümayiş zamanı əfqan e’tirazçıları tərəfindən xarici sülhməramlı qüvvələrin 6 əsgəri yaralanıb. 100-ə yaxın nümayişçi qüvvələri daşa basmış, Amerika və əfqan prezidenti Hamid Karzai əleyhinə şüarlar bağırmışlar. Nümayişçilər çərşənbə günü 4 əfqan əsgərini səhvən öldürən amerikalı əsgərlərin məhkəməsini tələb etmişlər.