Accessibility links

Konqres vergilərin ixtisarı planını təsdiq edib - 2003-05-24


Prezident Buş kongresin vergilərin 330 milyard dollar ixtisarı təklifini təstiq etməsini alqışlayıb və büdcə kəsirinin ixtisarı üçün əməkdaşlıq aparacağına söz verib. Cənab Buş bu gün həftəlik radio müraciəti zamanı bildirib ki, kongresin qəbul etdiyi qanun layihəsini gələn həftə imzalayacaq. Nümayəndələr Palatası və Senat vergilərin ixtisarı barədə qanun layihəsini cümə günü təstiq edib. Bu ixtisar prezidentin tələb etdiyi 550 milyard dollarlıq ixtisardan xeyli aşağıdır. Demokratlar ixtisarlarə təngid edərək bunun yalnız zənginlərin xeyrinə olduğunu irəli sürürlər. Onlar belə bir ixtisarın büdcə kəsirinin daha da artmasına səbəb olacağını deyirlər.

XS
SM
MD
LG