Accessibility links

ABŞ İranla əlaqələrini kəsir - 2003-05-25


”Vaşinqton Post” qəzetinin yazdığına görə Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında baş vermiş hücumlara görə İranla əlaqələrini kəsmişdir. Qəzet bunu Tehran hökumətinin sabitsizləşdirilməsi üçün təcavüzkar siyasət adlandırır. Kəşfiyyat mə’lumatlarına görə mayın 12-də Ər-Riyadda baş vermiş hücumlarda Əl-Qaidənin İrandakı üzvlərinin əlləri olduğu mə’lum olduqdan sonra Pentaqonun rəsmi nümayəndələri İrana qarşı daha ciddi ölçülər götürülməsini tələb edirlər. Qəzetin yaszdığına görə çərşənbə axşamı Buş administarsiyasının rəsmi nümayəndələri İran strategiyasını müzakirə edəcəklər. Birləşmiş Ştatların rəsmiləri qəzetin mə’lumatına münasibət bildirməmişlər.

XS
SM
MD
LG