Bu gün səhər Türkiyənin şimal-şərq bölgəsində baş verən təyyarə qəzasında 62-i İspaniyanın Əfqanıstandakı vəzifələrini yerinə yetirib vətənlərinə qayıdan sülhməramlı qüvvələrin əsgərləri olmaqla 70-dən artıq adamın həlak olduğu bildirilir. Türkiyənin rəsmi nümayəndələri Rusiyada istehsal edilmiş Yak-42 nəqliyyat təyyarəsinin Qara dəniz sahilində yerləşən Trabzon şəhəri yaxınlıığında qəzaya uğradığını bildirirlər. Səlahiyyətli nümayəndələrin bildirdiyinə görə təyyarə yanacaq dolduqmaq üçün Tarbson hava meydanına enməyə cəhd edirdi. Televiziya ilə alovlanan təyyarənin qalıqları və ətrafa səpələnmiş metal qırıntıları nümayiş etdirilmişdi. Türkiyə nümayəndələri kiminsə sağ qalacağına umid etmədən cəsədləri çıxarmağa başlamışlar. İspaniyanın müdafiə nazirliyi 12 nəfərdən ibarət uçuş hey’ətindən əlavə, təyyarədə 62 ispan əsgərinin olduğunu təsdiq etmişdir. Təyyarə Qırğızıstanın paytaxtı Bişkekdən İspaniyanın Zaraqoza şəhərinə uçurdu. Türk nümayəndələrinə istinadən bildirilir ki, pilot təyyarəni sıx dumana görə endirə bilməmişdi. Həlak olan İspaniya əsgərləri Kabilin təhlükəszliyinin qorunması məqsədi ilə Əfqansıtandakı 4600 əsgərdən ibarət sülhməramlı qüvvələr tərkibində 4 aylıq missiyalarını yenicə başa çatdırmışdılar.