Accessibility links

İsrail atəşkəs fikri ilə razıdır - 2003-06-01


İsrail Fəlsətinin baş nazirinin terrorizmlə mübarizədə ilk addım olaraq yaralqı qruplarla atəşkəs əldə etməsi sə’ylərinə dəstək nümayiş etdirməyə başlayıb. Bu gün Qüds mətbuatında adı açıqlanmayan bir İsrail nümayəndəsinə istinad edilərək bildirilib ki, baş nazir Şaron terrorçu qrupların tərk-silahını nəzərdə tutan atəşkəs fikri ilə razıdır. lakin çərşənbə günü Prezident Buşla keçiriləcək üçtərfli danışılardan əvvəl İsrailə qarşı hücumlara son qoyulacağının e’lan edilib-edilməyəcəyi hələ bilinmir. İsrail isə görüş ərəfəsində xoş niyyət əlaməti kimi Fələstin ərazilərinin hərbi nəzarətini bir qədər yüngülləşdirmişdir.

XS
SM
MD
LG