Accessibility links

İsrail və Fələstin sülh prosesində ilk addımını atdı - 2003-06-04


İsrail və Fələstin çox çətin və uzun sürəcək sülh prosesində ilk addımın atıldığını bəyan etdilər. Bu bəyanat Prezident Buşhun İsrail və Fələstinin baş nazirləri ilə İordaniyada keçirdiyi üçtərəfli zirvə görüşündən sonra verilmişdir. Aqaba körfəzi sahilindəki sarayda yan-yana dayanan liderlərin hər biri sülh yolunda çalışacaqlarına söz verdilər. Fələstinin baş naziri Mahmud Abbas indi əzablara son qoyulması vaxtının gəldiyini bildirdi. O, fələstin xalqının da bu məsələdə payına düşənləri yerinə yetirəcəyinə söz verdi. Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və BMT-nin təklif etdiyi “Yol Xəritəsi” sülh planı İsraillə sülh şəraitində dinc yanaşı yaşayan Fəslətin dövlətinin yaradılmasını nəzərdə tutur. İsrail bəz’i şətrlər irəli sürsə də tərəflər sülh palanını qəbul etdilər. Aqaba sammitində İsrailin baş naziri Şaron yahudi məskunlaşması kimi həssas bir məsələyə toxundu. O dedi ki, hökumətin icazəsi olmadan Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayış məntəqələri inşa edilməyəcək. Hər iki baş naziri dinləyən prezident Buş artıq sülh prosesində irəliləyiş olduğunu dedi. Prezident Buş dedi ki, tərəflər üzərlərinə çox əhəmiyyətli öhdəliklər götürdü və Amerika sülhün reallaşması üçün əlindən gələn hər yardımı göstərəcək.

XS
SM
MD
LG