Accessibility links

Əfqanıstanın şərqində 21 nəfər həbs edilib - 2003-06-04


Birləşmiş Ştatlar və İtaliyanın hərbi qüvvələri Əfqanıstanın şərqində Əl-Qaidə terror qrupunun və devrilmiş Taliban rejiminin üzvləri olduğundan şübhələnilən 21 nəfəri həbs etmişdir. Onlar iki gün ərzində Pakistanın sərhədlərinə yaxın dağlarda aparılan əməliyyatlar nəticəsində həbsə alınmışlar. Kabil yaxınlığında yerləşən Birləşmiş Ştatların Hava Qüvvələrinin nümayəndəsi deyib ki, Şahi Kot regionuna hücum Taliban və Əl-Qaidə qalıqlarının qaçmalarına mane olmaq üçün edilib.

XS
SM
MD
LG