Accessibility links

İraqın Tikrit şəhərində hələ də döyüşlər davam edir - 2003-06-07


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvəsinin nümayəndəsi deyir ki, hakimiyyətdən kənar edilmiş Səddam Hüseynin doğma şəhəri Tikritin yaxınlığında silahlı şəxslərin raket, qumbara və kiçik silahlarla Birləşmiş Ştatların əsgərlərini atəşə tutmaları nəticəsində bir əsgər həlak olmuş, azı dördü yaralanmışdır. Bu məntəqə Səddama sadıq bölgə sayılır. Bu arada BMT-nin nüvə üzrə mütəxəssisləri Bağdadın yaxınlığındakı tərk edilmiş və talana mə'ruz qalmış Tuvaitha nüvə stansiyasına dəyən zərəri hesablamağa başlayıblar. Birləşmiş Ştatların başçılığı altında koalisiyanın İraqa qarşı apardığı müharibəsindən sonra talançılar stansiyaya daxil olmuş və radioaktiv materialları dağıtmışlar.

XS
SM
MD
LG