Accessibility links

İran Amerikanın nümayişləri dəstəkləməsini tənqid edir - 2003-06-15


İranın xarici işlər nazirliyi Amerikanın nümayişləri dəstəkləməsini kəskin tənqid edib. Nazirlik Vaşinqtonun vəziyyətlə bağlı həyəcanını ölkənin daxili işlərinə müdaxilə adlandırıb. Bu gün artıq beşinci gündür ki, Tehran universiteti yaxınlığında gənclərin nümayişi davam edib. Lakin çoxları hökumət tərəfdarlarının hücumlarından ehtiyat edərək maşınlarından çıxmayıblar. Şiraz şəhərində keçirilən nümayiş zamanı şüarlar səsləndirənlərin həbs edildiyi xəbər verilir. Nümayişçilərə qarşı zorakılıqlar Ağ Ev tərəfindən qınanılmışdır.

XS
SM
MD
LG