Accessibility links

Birmada daxili siyasi vəziyyət müzakirə olunacaq - 2003-06-15


Cənub-şərqi Asiya ölkələrinin xarici işlər nazirləri hərbi hökumətin demokratiya tərəfdarı lider Aung San Su Kuyinin həbs edildiyi Birmada daxili siyasi vəziyyəti müzakirə etməyə hazırlaşırlar. Cənub-şərqi Asiya Ölkələri Assosiasiyasının nümayəndəsinin bildirdiyinə görə, xarici işlər nazirləri bu presedenti olamayan addımı ataraq məsələni sabah Pnom Pendə görüş zamanı müzakirə edəcəklər. Bu, qurumun ən’ənəvi olaraq üzv ölkələrin daxili işlərinə qarışmamaq siyasətinə ziddir. Birmanın xarici işlər naziri Vin Aung isə bildirib ki, hökumət Aung San Su Kuyini “siyasi xadimlərə qəsd edən şəxslər”dən qorumaq üçün nəzarət altına almışdır.

XS
SM
MD
LG