Accessibility links

Avropada e’tiraz nümayişləri  zamanı daha üç iranlı özünü yandırdı - 2003-06-19


Bu gün İtaliyanın və İsveçrənin paytaxt şəhərlərində iranlıların keçirdiyi e’tiraz nümayişlərində üç nəfər özünü yandırıb. Fransanın Romadakı səfirliyi qarşısında 20 nəfərin keçirdiyi nümayiş zamanı iki qadın, Berndə isə eyni tipli aksiya zamanı bir kişinin özünü yandırdığı xərbər verilir. Onların hamısının vəziyyətinin ağır olduğu deyilir. Bu e’tiraz nümayişlərinə səbəb Fransada polisin çərşənbə axşamı günü İranın müxalif Xalq Mücahidləri qrupuna qarşı reyd keçirməsi olmuşdur.

XS
SM
MD
LG