Accessibility links

Azerbaycanlı telebeler Amerikada - 2003-06-20


Vaşinqtondakı Reyqan adına beynəlxaq ticarət mərkəzində MUSKİE proqramının məzunlarının buraxılış gecəsi kecirildi. Ameirkanın müxtəlif universitetlərində təhsil almış azərbaycanlı qızlar və oğlnlar vətənə böyük ümidlərlə qayıdırlar. Lakin qərb təhsili almiş bu gənclər Azərbaycanda onlara iş yerlərinin olub olmaması ilə bağlı keçirdiklıri həyəcan hisslərini də gizlətmirlər. Pensilvaniyanın Pitsbuq universitetində ictimayyet ve siyasetşünaslıq elmlərini öyrenmiş Jalə Sultanlı özü ilə Azərbaycana Amerikada aldığı bilikleri ve qazandigi proqressiv təcürbəni aparır . O, Azerbaycan cemiyyetindeki qadınlarin sosial və siyasi problemləri uzre mesğul olmaq ezmindedir . Hələ bir neçə il qabaq Maski proqramının məzunu olmuş Yusif Vəliyev hazirda Birləşmiş Ştatların beynəlxalq inkişaf agentliyinin Bakıdakı ofisində çalışır. Onun fikrince, Azərbaycanda Qərb (Amerika) təhsilli gənc mütəxəssilərə ehtiyac böyükdur. MASKİ proqramının ilk məzunlarından biri olmuş Elin Suleymanov oz tecrubesine əsaslanaraq bildirdi ki, tehsillərini yenicə bitirən tələbələr iş tapmaq və ya yeni iş yerinə uyğunlaşmaqla bağli bir sıra çətinliklərlə üzləşə bilərlər. Odur ki, məzunlari ruhdan düşməmyə, qətiyyətli olmaga çağırdı. Buraxilish gecesinin sonunda ucaldilan Azerbaycan bayragi azərbaycanlı mezunlarini sanki vetene, yeni heyat sinaqlarina sesleyirdi.

XS
SM
MD
LG