Accessibility links

Putin: Moskva İranla əməkdaşlıq edəcək - 2003-06-22


Rusiya prezidenti Putin deyir ki, İranın nüvə programı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığı Rusiyanın İrandakı ticarət maraqlarına qarşı çevrilməməlidir. Prezident Putin Britaniyanın televiziyasına verdiyi müsahibəsində deyib ki, Moskvanın da İrana nüvə programı barədə ciddi sualları var, lakin Rusiyanın İranla ən’ənəvi əməkdaşlığı var və Moskva bunun əsasında da beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Cənab Putinin bu bəyanatı İranın BMT-nin nüvə müfəttişlərilə daha yaxından əməkdaşlıq edəcəyi barədə verdiyi və’dindən bir gün sonraya təsadüf edir. İranın Atom Enerji Agentliyinin başçısı Qulamrza Ağazadə BMT-nin rəsmi şəxslərinin tələbinə əsasən, ölkəsilə Beynəlxalq Atom Enerjisi agentliyi arasında İranın nüvə programını daha ətraflı təftiş etmək üçün bir razılığın əldə ediləcəyinə ümid bəslədiyini bildirmişdir.

XS
SM
MD
LG