Accessibility links

Iran Əl-Qaidə üzvlərini dost ölkələrə təhvil verəcək - 2003-06-23


Əl-Qaidə üzləri olduqlarından şübhələnilən məhbusların kimliyi müəyyən edilib. Bunu onların adı, neçə nəfər olduqları və təşkilatda hansı vəzifə tutduqlarını açılamayan İranın hökumət nümayəndəsi Abdulla Ramazanzadə bildirib. O deyib ki, Tehran İrana qarşı cianayət işlədənlər istisna edilməklə, onları yaxşı əlaqələrə malik olduğu ölkələrə təhvil verəcək. Hökumət bundan əlavə, uyul ayında hökumətlə tələbələr arasında baş verən qarşıdurmanın ildönümündə tələbələrə toplaşma icazəsi verilməyəcəyini də e’lan edib.

XS
SM
MD
LG