Accessibility links

İsraillilər və Fələstinlilər təhlükəsizlik məsələlərini müzakirə edir - 2003-06-23


İsrail və Fələstinin təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndələri işğal olunmuş ərazilərin bə’zi yerlərində nəzarətin Fələstinlilərə keçməsi məsələsini müzakirə etməyə hazırlaşırlar. İsrailli general Amos Qilad və Fələstinin təhlükəsizlik idarəsinin başçısı Məhəmməd Dahlan İsraillə Qəzza arasında sərəhəddə yerləşən Erez yoxlama məntəqəsində görüş keçirirlər. Müzakirələrin diqqət mərkəzində İsrail ordusunun Fələstinlilərin təhlükəsizliyi təmin etməsi şərtilə Qəzzadan çıxarılması məsələsi durur. General Qilad bildirib ki, İsrail müvəqqəti atəşkəs deyil, terrorun tamamilə sona çatdırılmasını istəyir.

XS
SM
MD
LG