Accessibility links

Putin: Fikir ayrılıqları aradan qalxmalıdır - 2003-06-25


Rusiyanın prezidenti Vladimir Putin Avropa dövlətlərini kontinenti bölə bilən fikir ayrılıqlarının qarşısını almağa çağırıb. Rusiya mətbuatının bildirdiyinə görə cənab Putin İngiltərəyə səfərinin 2-ci günü Şotlandiyanın paytaxtı Edinburgda Şotlandiyanın elm xadimləri, akademikləri, biznesmenləri və incəsənət xadimlərinin qarşısında etdiyi çıxışında deyib ki, Rusiya və Avropa azad və iqtisadi zonanın yaradılmasına mane olan baryerləri aradan qaldırmalıdır. Çərşənbə axşamı cənab Purtn və kraliça Yelizaveta görüşlərində İraq, İran və digər məsələlərdə hər iki tərəfdə olan fikir ayrılıqlarının aradan qaldırılmasına ehtiyac olduğunu deyiblər. Həmin gün cənab Putin Britaniyanın baş naziri Toni Bleyerlə də görüşüb söhbət etmişdir.

XS
SM
MD
LG