Birləşmiş Ştatların mərkəzi komandanlığından xəbər verilir ki, iki Amerika əsgərinin cəsədi Birləşmiş Ştatların quru qüvvələri və vertalyotların köməyi ilə Bağdaddan 30 km şimalda tapılmışdır. Lakin əsgərlərin ölümünə nəyin səbəb olduğu və onların zirehli maşınlarının tapılıb-tapılmadığı haqda mə’lumat verilməmişdir. Onları bunun Amerika əsgərlərinə qarşı gələcək terror hücumuna başlanğıc olduğu qorxudur. Xəbər verildiyinə görə cümə günü əsgərlərin oğurlanmasında şübhələnilən üç nəfər həbs edilmişdir. Koalisiya qüvvələrinin həmin yerləri tutmalarına e’tiraz olaraq Amerika əsgərlərinə qarşı hücumlar günbəgün artmaqdadır. Daha əvvəl Birləşmiş Ştatların rəsmiləri bildirmişdilər ki, cümə günü Bağdadın şimalında keşikçilərə atılan qumbara partlayışı bir Amerika əsgərinin ölümü, digər dörd əsgərin və bir tərcüməçinin yaralanmasına səbəb olmuşdur. Eyni zamanda, Bağdadda bir neçə əsas neft qurğuları və elektrik stansiyası zədələnmişdir.