Accessibility links

Israillilərə qarşı hücumlar dayandırılacaq - 2003-06-28


Fələstinin İslam Cihadı qrupunun lideri 24 saat ərzində 3 yaraqlı qrupun İsraillilərə qarşı hücumlarını dayandıracaqlarını e’lan edəcəklərini bildirib. Bu, qrupun 3 aylıq atəşkəs razılığını qəbul etdiklərini bildirməsindən bir gün sonraya təsadüf edir. Razılıq İsrailin qrup liderlərinın qətllərinə son qoyması da daxil edilməklə, bir sıra şərtləri qəbul etməsini tələb edir. Bununla yanaşı, İsrail və Fələstin müzakirəçiləri İsrail qüvvələrinin Qəzza və Betlehemin bir hissəsindən çıxarılması və təhlükəszliyin fələstinlilərin nəzarətinə verilməsi haqda razılıq əldə etmişlər. Birləşmiş Ştatların milli təhlükəszlik məsələləri üzrə müşaviri Kondoliza Rays yol xəritəsi planı ilə bağlı danışıqlar məqsədi ilə regiondadır.

XS
SM
MD
LG