Accessibility links

Dünya Bankı qaraçılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb - 2003-06-30


Dünya Bankının prezidenti Ceym Vulfenson Avropa ölkələrini qaraçıların problemləri ilə məşğul olmaq üçün konkret addımlar atmağa çağırırb. Dünya bankının başçısı bildirirb ki, qaraçılar əsrlər boyu ayrı-seçkiliyin qurbanı olublar. O, bu vəziyyəti qeyri-sabit və səhv adlandırıb. Cənab Volfensonun bu qeydlərlə Budapeştdə qaraçıların Avropada vəziyyəti ilə bağlı beynəlxalq konfransın rəsmi açılışında çıxış edib. Dünya Bankının keçən həftə yaydığı hesabata əsasən, qaraçılar Avropada ən çox artan milli azlıqdır. Hesabatda qeyd olunur ki, işsizlik və təhsilin olmaması qaraçıları Avropanın digər xalqları ilə müqayisədə ən yoxsul xalq edir.

XS
SM
MD
LG