İranın nüvə proqramının başçısı bildirib ki, İranın Rusiya ilə nüvə sahəsindəki əməkdaşlığı beynəlxalq qanunlar çərçivəsində aparılır. İranın nüvə enerjisinin başçısı Qulamrza Ağazadə Rusiyanın rəsmi şəxsləri ilə görüşlər kreçirmək üçün Moskvada saəfərdədir.Cənab Ağazadə bu gün Rusiyanın xarici işlər naziri İqor İvanovla görüşub. Görüşdə iki ölkə arasında nüvə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Beynəlxalq aləmdə Tehranın gizli olaraq nüvə silahı inkişaf etdirmək cəhdləri ilə bağlı narahatlıq mövcuddur. Birləşmiş Ştatların təyziqlərinə baxmayaraq, Rusiya İrana Buşehr şəhərində nüvə elektrik stansiyasnın inşasında kömək edir.