Accessibility links

Amerikanın Səsi İrana televiziya proqramı yayımlayacaq - 2003-07-03


Bazar günü günü iyul ayının 6-dan Amerikanın Səsi İrana peyk vasitəsilə fars dilində yarım saatlıq yeni proqram yayımlamağa başlayacaq. Birləşmiş Ştatların Yayım üzrə İdarə hey’ətinin bu gün açıqladığı bəyanatda deyilir ki, “Xəbərlər və Nəzərlər” informasiya proqramı İranda yerli vaxtla axşam saat 9:30-dan 10:00-a qədər göstəriləcək. Proqramda İrandan orijinal reportajlar yayımlanacaq, dünyada baş verən hadisələr işıqlandırılacaq, təhlillərə və mədəniyyət xəbərlərinə yer veriləcək. Bazar günü yayımlanacaq ilk proqram 1999-cu ildə İranda tələbə nümayişləri və onların qaşısının alınmasına həsr olunub.

XS
SM
MD
LG