Accessibility links

Prezident Buş ABŞ-ın hərbi qüvvələrini yüksək qiymətləndirib - 2003-07-05


Prezident Buş həftəlik radio müraciəti zamanı terrorizmlə mübarizə edən və onun sözləri ilə deyilsə, yeni təhlükə erasına qarşı qalxan Amerikanın hərbi qüvvələrini alqışlayıb. Prezident Buş deyib ki, dünyada milyonlarla insan məhz Amerika qüvvələri sayəsində azadlıq əldə edib. O, Əfqanıstan və İraqda həlak olan əsgərlərin xatirəsini yad edib, orduda xidmət göstərmək istəyən hər bir kəsə Amerikanın minnətdar olduğunu deyib. Gələn həftə Afrikaya səfər etməyi planlaşdıran prezident Afrikada QİÇS-lə mübarizəyə də Amerikanın başçılıq etdiyini vurğulayıb.

XS
SM
MD
LG