Türkiyənin baş naziri demişdir ki, Birləşmiş Ştatlar qüvvələrinin İraqda 11 türk əsgərini nəzarət altına alması Turkiyə-Amerika münasibətlərini şübhə altına almamalıdır. Baş nazir Rəcəb Teyyub Ərdoğan Amerika-Türkiyə münasibətlərinin bu yaxınlaradək müsbət olduğunu vurğulamış və demişdir ki, Türkiyə indi əsgərlərlə bağlı mübahisəni aradan qaldırmaq istəyir. O, bu gun məsələni Birləşmiş Ştatların vitce-prezidenti Dik Çeyni ilə telefonla müzakirə edəcəyini deyib. Turkiyə əsgərlərin həbsinə görə olduqca narahatdır. Verilən mə’lumatlarda deyilir ki, türk əsgərləri kürd rəsmisini qətlə yetirmək planına görə həbs edilmişlər. Birləşmiş Ştatlar rəsmiləri türk əsgərlərinin Amerika qüvvələri tərəfindən tutulub saxlanıldığını hələ təsdiq etməmişdir.