Accessibility links

BMT  Əfqanıstanın şimal bölgəsində atəşkəs əldə edilməsinə çalışır - 2003-07-06


Özbək general Əbdül Rəşid Dostum və etnik tacik komandir Ətta Məhəmmədə sadiq qüvvələr arasında 9 gün davam edən qarşıdurma 6 adamın ölümnə səbəb olmuşdu. BMT-nin yardım missiyasının bu gün verdiyi bəyanatında deyilir ki, atəşkəs Balx vilayətinin Dihdadi bölgəsində qüvvədə olacaq. Sənəddə bildirilir ki, vasitəçilər qonşu Səmənqan vilayətindəki qruplar arasında da döyüşlərin qarşısını almağa çalışacaqlar. Bu gün həmin bölgədə 3 adamın öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG