Accessibility links

İran ballistik raket sınağı keçirdiyini təsdiq edib - 2003-07-07


İranın xarici işlər nazirliyinin nümayəndəsi Həmid Reza Asefi bu gün Tehranda müxbirlərlə görüşündə orta məsafəni qət edə bilən Şahab-3 növlü ballistik raket sınağının bir neçə həftə əvvəl müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Raket İsraili də əhatə dairəsinə salaraq 1300 kilometrdə məsafəni qət etmək qabiliyyətinə malikdir. Keçən həftə İsrailin Haaretz qəzeti İranın ballistik raket sınağı keçirdiyinə dair məlumat yaymışdı. İran rəsmisinin bu bəyanatı həmçinin Beynəlxalq atom enerjisi agentliyinin direktoru Məhəmməd ƏlBaradeinin Tehrana səfəri ərəfəsində verilir. Məhəmməd ƏlBaradeinin İranın nüvə obyektlərində daha ciddi təftiş aparmaq üçün ölkə rəsmilərinə təzyiq göstərəcəyi gözlənilir.

XS
SM
MD
LG