Accessibility links

11 əsgərin azad edilməsi Türkiyə və ABŞ arasında gərginliyi azaltmadı - 2003-07-07


Bazar günü Birləşmiş Ştatlar Türkiyənin xüsusi qüvvələrinin keçən cümə günü Süleymaniyyə şəhərində həbs olunmuş əsgərləri və zabitilərini azadlığa buraxdı. İnsident iki ölkə arasında münasibətlərdə növbəti gərginliyin yaranmasına səbəb oldu. Bu gərginliyi aradan qaldırmaq üçün Türkiyə və Birləşmiş Ştatlar rəsmiləri intensiv diplomatik fəaliyyət aparırlar. Baş vermiş hadisənin araşdırılması üçün isə iki ölkənin yaratdığı birgə komitə sabah Kərkükdə işə başlayacaq. Bir polkovnik, iki mayor və əsgərlər cümə günü Birləşmiş Ştatların yüzə yaxın əsgərinin Türkiyə təhlükəsizlik qüvvələrinin yerləşdiyi 3 evə reyd zamanı həbs edilmişdilər. Mətbuatın verdiyi mə’lumatlara görə, onlar Kərkükdə kürdlərin valisinə qarşı qəsd planlaşdırmaqda əli olduqlarına dair sorğuya tutulduqdan sonra dünən Bağdadda azadlığa buraxılmışdılar. Türkiyənin hərbi və mülki idarələrinin rəsmiləri xüsusi qüvvələrin şimali İraqda kürd liderlərinə qarpı sui-qəsd planlaşdırmaq cəhdlərini rədd edirlər. Hadisənin baş verməsindən keçən son üç gün Türkiyə-Amerika arasında münasibətlərdə qabarma və çəkişmələr müşayət oldu. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan və Birləşmiş Ştatların vitse prezindeti Dik Çeyni arasında dünən bir neçə telefon söhbəti oldu. Dik Çeyninin Ərdoğana mesajı bundan ibarət idi: Birləşmiş Ştatlar bütün sə’yləri məsələni təhqiq edib onun səbəblərinin ayıdınlaşmasına yönəldəcək. Rəcəp Tayyib Ərdoğan ikitərəfli münasibətlərdə lazımsız gərginliyin yarandığını bildirmiş və bu hadisəyə görə kimin məs’uliyyət daşıdığının ən tez bir zamanda müəyyən edilməsini xahiş etmişdir. Bu gün vitse-prezident Çeyni yenidən baş nazir Ərdoğana zəng edərək Birləşmiş Ştatların insidentin baş verməsinin səbəblərini aydınlaşdırmaq üçün var gücü ilə sə’y göstərəyini bəyan etmişdir. Öz növbəsində, Rəcəp Tayyip Ərdoğan problemin ən yaxın zamanda həll olunmasını istəmişdir. Cənab Ərdoğan Türkiyə və ABŞ arasında münasibətlərin və regionda əməkdaşlığın gücləndirilməli olduğunu vurğulamışdır. Ankarada ABŞ-ın Türkiyədəki səfiri Pirsonla görüş keçirdikdən sonra mətbuat konfransı verən Türkiyənin baş qərargahlar rəisi general Özkök iki ölkə arasında münasibətlərə yüksək qiymət verdyini demişdir. Bunula belə, general qeyd etmişdir ki, bu insident Türiyə və ABŞ arasında münsabitlərdə inam məsələsində indiyədək görünməmiş böhran yaratmışdır. Türkiyənin İraqın şimalında kürdlərin muxtariyyət almaq istədikləri ərazidə minlərlə əsgəri qüvvəsi var. Bundan əvvəl ABŞ Türkiyədən öz hərbi qüvvəsini reigondan çıxarmağı istəmişdir. Ankara və Vaşinqton arasında münasibətlər mart ayında Türkiyə parlamenti ABŞ hərbi qüvvələrinə İraqa hücum etmək üçün ölkə ərazisindən istifadə etməyə icazə vermədikdən sonra gərginləşmişdir. Bu gün baş qərargahlar rəsisi general Özkök mətbuat konfransında bildirmişdir ki, Koreya müharibəsindən başlamış Türkiyə və Birləşmiş Ştatların hərbi qüvvələri çiyin-çiyin öz hərbi vəzifələrini yerinə yetirmişlər. Həm Türkiyə, həm də Amerika rəsmiləri iki ölkə arasında münasibətlərin tənzimlənməsinə çalışdıqlarını deyirlər. İyulun 24-ü Türkiyənin xarici işlər naziri Abdulla Gülün ABŞ-a səfəri gözlənir.

XS
SM
MD
LG