Accessibility links

Q.Şröyder İtaliyada istirahət etməyəcək - 2003-07-09


Almaniya kansleri Qerhard Şröyder İtaliyanın turizm naziri Stefano Stefaninin anti-alman çıxışına görə İtaliyadakı yay istirahətini ləğv edib. Almaniya nümayəndəsi bildirir ki, İtaliya və Almaniya arasındakı bu gərginlik cənab Şröyderin ailəsinin istirahətini çətinləşdirə bilər. Xatırladaq ki, İtaliya naziri cümə günü bir qəzetdə çıxan məqaləsində İtaliya çimərliklərini zəbt edən almanları “ultra-millətçi sarışınlar” adlandırmışdı. Məqalə onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırmışdı. İtaliyanın baş naziri Avropa Parlamentinin alman üzvlərini nasist ölüm düşərgələrinin gözətçiləri ilə müqayisə etmişdi.

XS
SM
MD
LG