İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani Birləşmiş Ştatların İraq xaqına sülh və azadlıq deyil, yalnız tələfat və ümidsizlik gətidiyini deyib. Bu gün cümə namazı zamanı çıxış edən cənab Rəfsəncani deyib ki, Amerika İran-İraq müharibəsi vaxtı Səddam Hüseyni dəstəkləyirdi, indi isə iraqlılar Amerika əsgərlərini öldürür. İran İslam Cumhuriyyətində hələ də böyük nüfuza malik olan keçmiş prezident Amerikanın Tehranın nüvə texnologiyası və raket ustehsalına haqqı olmamasını deməsi ilə İranın daxili işlərinə müdaxilə etdiyini bildirib.