Accessibility links

İraqda ABŞ əsgərlərinə qarşı daha bir hücum həyata keçirilib - 2003-07-11


Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiklərinə görə Bağdadən hava limanına gedən yolda hücuma məruz qalan ABŞ qüvvələrinin cavab atəşi nəticəsində iki mülki iraqlı yaralanıb. ABŞ qüvvələri Ramadi şəhərində də minomyot hücumuna məruz qalıblar. Hücum nəticəsində ölən, və ya yaralanan olmayıb Hava limanı yolundakı hücum zamanı mülki vətəndaşlardan biri boynundan, digəri isə qarın nahiyəsindən yaralanıb. Həmin adamlar hərbi xəstəxanaya aparılıblar. Onların vəziyyəti barədə məlumat verilməyib. İraqda əsas hərbi əməliyyatların başa çatdığının elan edildiyi may ayının birindən bu kimi hücumlar nəticəsində 30-dan artıq ABŞ əskəri həlak olub. İraqın Birləşmiş Ştatların rəhbərliyi altındakı hakimiyyəti hücumların çoxunun Səddam Hüseynə sadiq qüvvələrin həyata keçirdiklərini irəli sürürlər.

XS
SM
MD
LG