Accessibility links

Ərəb Birliyi İraqın yeni şurasını bir şərtlə qəbul edir - 2003-07-13


22 üzvü olan Ərəb Birliyinin nümayəndəsi Haşim Yusif bildirir ki, İraq şurası amerikalılar tərəfindən deyil, iraqlılar tərəfindən idarə olunduğu təqdirdə birlik tərəfindən qəbul ediləcək. O, dedi ki, iraqlıların qəbul etmədiyi şuranı Ərəb Birliyi də qəbul etməyəcək. Qahirədə yerləşən Ərəb Birliyinə üzv olan İraq aprel ayı Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra İraq Birliyin heç bir yığıncağında iştirak etməyib. Cənab Yusef deyir ki, İraqın Ərəb liqasındakı yerini İraqın bütün ərəb ölkələrinin qəbul etdiyi hökumət nümayəndəsi tuta bilər. Təhlilçi Məhəmməd Kamil deyib ki, Ərəb Birliyi ərəb dünyasının Birləşmiş Ştatların nəzarəti iraqlılara vermək niyyətində olmadığını düşünən milyonlarla üzvünü təmsil edir. Qahirə universitetinin professoru Kamilin fikrincə İraqın yeni şurasının Amerikanın iraqlıların həyatını yaxşılaşdıracağı və’dlərinə inanmayan ərəb dövlətləri tərəfindən qəbul edilməyincə ümid azdır.

XS
SM
MD
LG