Accessibility links

ABŞ Amerika vətəndaşlarına Burundini tərk etmək xəbərdarlığını edib - 2003-07-14


Birləşmiş Ştatlar Burundidə çalışan aşağı rütbəli Amerika diplomatlarının ölkədən çıxması haqda xəbərdarlıq edib. Buna səbəb ölkədə hökumət qüvvələrilə yaraqlılar arasında döyüşlərin şiddətlənməsi olmuşdur. Dövlət Departamenti Amerika vətəndaşlarına Mərkəzi Afrikanın bu ölkəsinə səfər etməmək və orada olanları ölkəni tərk etmək xəbərdarlığını edib. Keçən həftə Hutu yaraqlılarının paytaxt Bucumbura və onun ətraflarında hücumlar həyata keçirməsi nəticəsində 174 adam həlak olmuşdur. Cənubi Afrika prezidentinin müavini Cakob Zuma bu həftənin sonu Burundiyə səfər etməyi planlaşdırır. Cənab Zuma Burundidə 10 ildir sürən vətəndaş müharibəsinə son qoymaq sə’ylərində əsas vasitəçidir.

XS
SM
MD
LG