Accessibility links

Kuçma maliyyə monitonriqini gücləndirməyə çağırır - 2003-07-14


Prezident Kuçma bildirib ki, Ukrayna adının maliyyə üzrə beynəlxalq qara siyahıdan çıxarılmasını istəyirsə, çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirməlidir. Kiyevdə çıxış edən prezident Leonid Kuçma bəyan edib ki, Ukrayna maliyyə monitorinqini artırmalı və oktyabırın sonuna qədər şübhəli pul köçürmələrinin qarşısını almaq üçün bank-maliyyə qanunlarında düzəlişlər etməlidir. Bu ilin əvvəlində Beynəlxalq Maliyyə üzrə İşçi Qrup çirkli pulların yuyulmasına qarşı mübarizədə inkişaf əldə etdikdən sonra Ukraynaya qarşı tədbiq etdiyi sanksiyaları aradan qaldırımışdır. Lakin Ukrayna hələ də işçi qrupun əməkdaşlıq etməyən ölkələrin qara siyahısında qalmaqda davam edir.

XS
SM
MD
LG