Accessibility links

Suriya Livandakı hərbi qüvvələrinin bir hissəsini geri çəkir - 2003-07-15


Livanın hərbi nümayəndələri Suriya qoşunlarının Livanın bir hissəsindən geri çəkildiyini bildirmişlər. Xəbərlərdə Livanın Şimalında yerləşdirilmiş Suriya qoşunlarının və hərbi texnikanın konvoylarla Suriyaya aparıldığı qeyd edilib. Livandakı daha minlərlə Suriya qoşununun ölkələrinə qayıtması planı əsasında bu gün də Suriya hərbiçiləri və hərbi texnikasının bir hissəsinin geri çəkilməsi davam edib. Livanın liman şəhəri Tripolinin Cənubundan Suriya əskərləri və tanklarını daşıyan yük maşınlarının Suriya sərhəddinə doğru getdiyi müşahidə edilib. Suriya hərbiçilərinin geri çəkilməsinə dünən Livanın payıtaxtı Beyrutta başlanmışdı. Suriya qoşunları Livanda 15 il davam edən vətəndaş müharibəsinin başlamasından bir il sonra bu ölkəyə daxil olmuş və indiyə qədər həmin ölkədə qalmışlar. Bundan üç il əvvəl Livandakı Suriya qoşunlarının sayı 35 min olsa da indi bu say 15 mindir. Çoxlu Livanlı Suriya qoşunlarının geri çəkilməsini ölkənin tam müstəgil ola bilməsi üçün müsbət bir addım hesab edir. Livan qəzetlərinin yazdıqlarına görə gələn il Livandakı bütün Suriya qoşunları geri çəkilə bilər.

XS
SM
MD
LG