Accessibility links

Liberiyada üsyançılar ABŞ qüvvələrini gözləyir - 2003-07-15


Liberiyanın qabaqcıl üsyançı qrupu Amerikanın bu ölkəyə çoxlu qoşun ğöndərməsinə çağırıb. Birləşmiş Ştatlar administrasiyyası isə ABŞ qoşunlarının Liberiyadakı rolunu müzakirə edir. Liberiya hökuməti üsyançıları Guiennea sərhəddində və payıtaxt Monroviyanın 40 kilometrliyində yerləşən Klay Junctionda ateşkəsi pozmaqda təqsirləndirib. Üsyançılar isə son bir neçə gün ərzində hökumət qüvvələrinin hücumarını geri oturttuqlarını bildiriblər. Üsyançılar dörd il davam edən əməliyyatları nəticəsində Liberiyanın əksər hissəsinin nəzarətini ələ keçirmiş ancaq Monroviyanı tuta bilməmişlər. Keçən ay Ganada əldə edilən ateşkəslə Liberiya prezidenti Charles Taylorun istefaya çıxaraq bir keçit hökumətinin təsisinə imkan yaratması nəzərdə tutulur. Cənab Taylor hakimiyyəti təhvil verməmişdən qabaq beynəlxalq sülhməramlı qüvvələrin Liberaya gəlmələrini tələb edir, üsyançılar isə onun tezliklə ölkəni tərk etməsini istəyirlər. O hərhansı bir beynəlxalq qüvvədən öz hökumətini xilas üçün istifadə edəcəyi ilə təqsirləndirilir. Sierra Leondakı beynəlxalq müharibə cinayətləri tribunalı artıq Cənab Taylor haqqında hökm çıxardıb. Onun Nigeriyaya getməsi üçün isə danışıqlar davam edir.

XS
SM
MD
LG