Accessibility links

Şimali Koreya ilə bağlı diplomatiya davam etdirilir - 2003-07-16


Şimali Koreyanın nüvə silahları istehsalına hazır olduğunu bildirməsindən sonra bu ölkə ilə müzakirələr aparılması üçün diplomatik fəaliyyətlər davam etdirilir. Bu gün Tokioda çıxış edən Avstraliyanın baş naziri Con Hovard Şimali Koreyanın təhlükəsinin reallığını, lakin problemin çoxtərəfli diplomatiya yolu ilə həllinin mümkünlüyünü qeyd edib. Bu gün Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell və Çinin xarici işlər naziri Li Zaoksing telefonla Şimali Koreyanın nüvə proqramı məsələsini müzakirə ediblər. Pxenyan keçən həftə Amerika nümayəndələrinə 6 nüvə bombasının istehsalına kifayət edəcək nüvə yanacağına malik olduğunu bildirmişdi.

XS
SM
MD
LG