İranın vitse-prezidenti Kanada jurnalisti Zəhra Kazeminin həbsxanada döyülməsi nəticəsində beyninə qan sızmasından vəfat etdiyini bildirmişdir. İran mənşəli Kanada jurnalisti Zəhra Kazemi iyunun 23-də Tehranın Evin həbsxanasının foto-şəklini çəkdiyinə görə həbs edilmişdi. Adı çəkilən həbsxanada İranın bir çox dissidenti saxlanılır. həbs etdikdən üç gün sonra xəstəxanaya aparılan 54 yaşlı Zəhra xanım cümə günü vəfat etmişdi. İranın vitse-prezidenti Məhəmməd Əli Abtahi bu gün Tehranda müxbirlərə demişdir ki, Zəhra Kazeminin beyninə qan sızmasının onun döyülməsi nəticəsində baş verib. Bu, prezident Məhəmməd Xatəminin sərəncamına əsasən aparılan ilkin təhqiqatın nəticəsidir.