Accessibility links

Mosul şəhəri yaxınlığında kütləvi məzar tapılıb - 2003-07-18


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə İraqın şimal Mosul şəhəri yaxınlığında kütləvi mazar tapılmışdır. Yerli sakinlər deyirlər ki, kütləvi məzardakı qalıqlar Səddam Hüseynin rejimi vaxtı qətlə yetilən kürd mülki vətəndaşlara məxsusdur. Koalisiya qüvvələrinin bildirdiyinə görə Əl-Hətra şəhərindəki məzar Birləşmiş Ştatların 101 saylı hava desant diviziyasının əsgərləri tərəfindən aşkar edilmişdir. İndiyə qədər məzardan kəllə sümüklərində güllə deşikləri olan 25 qadın və uşağın qalıqları çıxarılıb. Amerika hərbi qüvvələrinin rəsmi şəxsləri kütləvi məzarda 200-dən 400- qədər insan qalığının olduğuna inanırlar.Birləşmiş Ştatlar hərbi tibb ekspertləri ekspertiza məqsədi ilə Əl-Hətra şəhərinə gediblər. Bu tapıntı Birləşmiş Ştatların Müdafiə Nazirinin Müavini Paul Uolfovitsin İraqa səfəri vaxtına təsadüf edir.

XS
SM
MD
LG