Accessibility links

İraqa BMT əsgərləri göndəriləcək - 2003-07-19


İraqda Amerika əsgələrinə qarşı hücumların davam etdirilməsinə görə Vaşington BMT qüvvələrinin İraqa göndərilməsi məsələsini nəzərdən keçirir. Birləşmiş Ştatların rəsmi şəxsləri deyirlər ki, bu gün səhər tezdən Baqdadın mərkəzindəki banka keşik çəkən qüvvələrə qarşı hücum zamanı bir Amerika əsgəri həlak olmuşdur. Hücum nəticəsində binaya da zərər dəymişdir. İraqın yenidən qurulması xərcləri və tələfatın artdığına görə Vaşinqton dünən yenidənqurma işlərində BMT-nin sülhməramlı qüvvələrinə daha artıq rol verilməsi məsələsini qaldırmışdı. Bir sıra ölkələr, son zamanlar isə Rusiya İraqın yenidən qurulmasına yardım məqsədi ilə yalnız BMT-nin mandatı ilə İraqa sülhməramlı qüvvələr göndərməyə razı olduqlarını bildirmişlər.

XS
SM
MD
LG