Accessibility links

Monroviyada hücumlar zamanı azı 50 adam həlak olub - 2003-07-21


Prezident Çarlz Teyloru hakimiyyətdən salmaq üçün yaraqlı qüvvələrin döyüşlər apardığı Monroviyada minomyotlardan atəşin açılması nəticəsində 50 adam həlak olub. Xilasetmə işçiləri 18 adamın üsyançıların yerləşdiyi məhəllədə bir evə raketin dəyməsi nəticəsində öldüyünü bildirirlər. Mətbuat xəbələrində 27 adamın daha bir hücum zamanı həlak olduğu deyilir. Təhlükəsizliyin tə’min olunması üçün ABŞ hərbi dəniz qüvvələrinin əsgərlərinin Amerika səfirliyinə yetişdiyi zamanı minomyot atəşinə mə’ruz qalmış səfirlikdən mülki vətəndaşlar təxliyyə edilmişlər. Səfirlik daxilində olan şəxslərə zərərin dəyməsi haqda mə’lumat verilməyib. Lakin binanın xaricində olan üç nəfərin yaralandığı deyilir.

XS
SM
MD
LG