Accessibility links

UNİSEF son hesabatını açıqlayıb - 2003-07-22


BMT-nin UNİSEF uşaq fondunun son hesabatında deyilir ki, Qafqaz və Orta Asiya respublikalarında uşaqlar arasında ölüm halları rəsmi göstəricilərə uyğun deyil. Keçmiş Sovet respublikaları və Şərqi Avropanın 27 ölkəsində vəziyyəti araşdıran hesabatda yalnız Ruminiya istisna edilmişdir. Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Ukrayna, Tacikistan və Türkmənistanda körpələr arasında ölüm hallarının rəsmi göstəricilərdən qat-qat artıq olduğu bildirilir.

XS
SM
MD
LG