Accessibility links

Uday və Qusayın cəsədləri nümayiş etdirildi - 2003-07-25


Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri iraqlıları Səddam Hüseynin iki oğlu Uday və Kusayın ölümünə inanadırmaq cəhdlərini davam etdirərək bu gün jurnalistlərə onların cəsədlərinin video-lentə alınmasına imkan vermişlər.

Hərbi qüvvələrin ekspertləri cəsədləri bu gün jurnalistlərin çəkilişi üçün hazırlamışlar, cümə axşamı nümayiş etdirilmiş fotolarda Uday və Qusayın hər ikisinin üzündə və bədənindəki yaraları təmizləmişlər. Bu qərar Uday və Kusayın dünən fotoları göstərildikdən sonra iraqlılar arasında hələ də onların həqiqitən Səddam Hüseynin oğulları olduğuna dair şübhələrini ifadə etməsindən sonra verilmişdir. Birləşimiş Ştatların hərbi qüvvələrinin rəsmiləri Uday və Qusayın Mosulda Amerika əsgərlərilə atışmada çərşənbə axşamı günü həlak olduğunu bildirirlər.

XS
SM
MD
LG