Accessibility links

Corc Buş Mahmud Abbasla görüşdü - 2003-07-25


Prezident Bush İsrail və Fələstinlilərin biri-biri ilə sülh şəraitində, iki azad və təhlükəsiz dövlətdə yaşamaq ideyasını Fələstinin baş naziri Mahmud Abbasla bölüşdüyünü ifadə edib. Ağ Evdə cənab Abbasla yanaşı dayanmış prezident Bush terrorizmi sülhə gedən yolda ən böyük maneə adlandırıb və bildirib ki, terrorizmin kökü kəsilməlidir. Corc Buş habelə fələstinlilərin həyat şəraitinin yaxşılaşdırılmalı olduğunu qeyd edib və Birgə Fələstin İqtisadi İnkişaf qrupunun yaradıldığını bəyan edib. Bu qrup iş yerlərinin açılması, iqtisadi inkişafa təkan verilməsi və Fələstin iqtisadiyyatına sərmayə qoyuluşları üün şəraitin yaradılması məsələlərilə məşğul olacaq.

Mahmud Abbas irəli sürdüyü bütün məsələlərə prezident Buşun diqqətlə yanaşdığını qeyd etmiş və bu məsələləri gələn həftə Vaşinqtona səfər edəcək İsrailin baş naziri Ariel Sharonla müzakirə edəcəyini bəyan etmişdir.

XS
SM
MD
LG