Accessibility links

Fələstinlilər M.Abbasdan razıdırlar - 2003-07-26


Fələstinlilər baş nazir Mahmud Abbasın Vaşinqtona ilk rəsmi səfərini alqışlayırlar. İsrail isə İsrail və Fələstin şəhərləri arasında təhlükəszlik divarının çəkilişini müdafiə edir. Fələstinin rəsmi nümayəndələri prezident Buşun baş nazir Abbasla birgə mətbuat konfransındakı çıxışına müsbət reaksiya verirlər. Qeyd edək ki, prezident təhlükəsizlik hasarını “problem” adlandıraraq, bunun İsrail və Fələstinlilər arasında e’timada maneə olduğunu demişdi. Bu gün İsrailin rəsmi nümayəndələri bu hasarın kamikadze hücumlarına son qoyulması üçün zəriri olduğunu bildiriblər. İsraiil radiosunun mə’lumatında deyilib ki, sabah Vaşinqtona səfər edəcək baş nazir Arael Şaron prezident Buşun mövqeyini dəyişməsinə çalışacaq.

XS
SM
MD
LG