Accessibility links

Monroviyada döyüşlər  gedir - 2003-07-28


Liberiya paytaxtında döyüşlər davam edir. Bu arada, Qərbi Afrika dövlətlərinin liderləri sülhümühafizə qüvvələrilə bağlı planı müzakirə etmək üçün Qanada görüşürlər. Rəsmi şəxslərin Akrada müzakirə etdiyi bu plan Nigeriyadan 1300 əsgərin sülhümühavizə qvvürələrilə Liberiyaya göndərilməsini nəzərdə tutur. Rəsmi şəxslərə əsasən, Nigeriyanın başçılıq edəcəyi qüvvələr artıq bu həftə regiona göndərilə bilər. Lakin dəqiq tarix hələ də müəyyən edilməyib. Bazar günü qiyamçı qüvvələr Monroviyanın bir hissəsini tutublar. Paytaxtın bəzi hissələri hələ də prezident Çarlz Taylora sadiq qüvvələrin nəzarəti altındadır.

XS
SM
MD
LG