Accessibility links

Birma ABŞ-ın sanksiyalarını tənqid edir - 2003-07-29


Birmanın xarici işlər naziri Vin Aung Nobel sülh mükafatı laureatı Aung San Suu Kyunun həbsdə saxlanmasına görə Birləşmiş Ştatların Birmaya qarşı iqtisadi sanksiyalarını tənqid edib. Hazırda İndoneziyada olan xarici işlər naziri bildirib ki, prezident Buşun dünən imzaladığı sənəd Birma xalqının əleyhinə yönəlib. İki həftəəvvəl konqres tərəfindən təsdiq edilən qanun əvvəlki sanksiyaları daha da sərtləşdirir. Orada Birmanın hərbi liderlərinə viza və 1997-ci il Amerika şirkətlərinin sərmayə qoyuluşuna məhdudiyyətlər yer alır. May ayının 30-da xanım Kyunun həbsindən sonra Yaponiya və Avropa Birliyi də Birmaya qarşı sanksiya tətbiq edib.

XS
SM
MD
LG