Accessibility links

Britaniyanın baş naziri ənənəvi aylıq mətbuat konfransı keçirib - 2003-07-30


Britaniyanın baş naziri Toni Bleyer skeptik britaniyalıları İraq müharibəsinin haqlı olduğuna inandırması üçün daha gərgin iş görməli olduğunu bildirib. Baş nazir Bleyer Britaniya qüvvələrinin Amerikanın başçılığı ilə İraqa qarşı müharibədə iştirakına dair ictimai inamsızlığın mövcud olduğunu qəbul edib. “Hamı bilməlidir ki, İraqda etdiklərimiz düzgün və haqlı idi. Biz kütləvi qırğın silahları və İraqda vəziyyətin yaxşılaşdırılması baxımından görülən işləri təkcə müdafiə deyil, bunu vaxtla sübuta yetirməliyik”-deyə o bildirib. Cənab Bleyer mətbuat konfrasında Britaniyanın silah eksperti Deyvid Kellinin intiharı məsələsini müzakirə etməkdən imtina edib. Baş nazir Bleyer Deyvid Kellinin istefa çağırışlarına başçılıq etdiyi ilə bağlı ittihamları da rədd edir.O, İraqla bağlı daha bir məsələ-Səddam Hüseynin öldürülməsi və ya sağ ələ keçirilməsində nəyə üstünlük verdiyini söyləməyib. Yaxın Şərqdəki inkişaflara gəldikdə isə baş nazir Bleyer İordan çayının qərb sahilində təhlükəszlik divarının tikilməsi ilə yaranmış mübahisələrə görə İsrail rəhbərliyinə öz narahatlığını bildirdiyini deyib.

XS
SM
MD
LG