Prezident Buş bu gün keçirdiyi mətbuat konfransında dünya ölkələrini İranı kütləvi qırğın silahları istehsalından yayındırmaq istəyən Amerikaya qoşulmağa çağırıb. Prezident Buş Avropa ölkələrinin məsələ ilə əlaqədar İrana müraciət etməsini istəyib. O, İranın nüvə proqramı ilə bağlı hazırda Avropa Birliyinə prezidentlik edən İtaliyanın baş naziri Silvio Berluskoni və Rusiya prezidenti Vladimir Putinlə ilə müzakirələr keçirdiyini deyib.