Accessibility links

Qərb sahilində İsrail əsgərlərilə etirazçılar arasında toqquşma olub - 2003-08-01


İsrail əsgərləri İordan çayının Qərb sahilində mübahisələrə səbəb olmuş yeni təhlükəsizlik səddinə yaxınlaşan etirazçılara qarşı rezin güllələr işlətmişlər. İsrail ordusunun rəsmiləri Royter agentliyinə bildiriblər ki, əsgərlər etirazçılar İsrail və Fələstin ərazilərini ayıran səddi dağıtmağa çalışan zaman bunu etmişlər. Fələstin tərəfdarı Beynəlxalq Həmrəylik Hərəkatının mətbuat katibinin bildirdyinə görə, hadisə zamanı qrupun iki fəalı və iki Fələstinli yaralanmışdır. Bu arada, İsrail həbsxanasının rəsmiləri 600 fələstinli məhbusun yeməkdən imtina etdiyini xəbər verirlər. E’tiraz aksiyası başqa bir həbsxanada gözətçinin fələstinlilərin nümayişini dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG