Accessibility links

İNDONEZİYANIN PAYITAXTINDA BOMBALI HÜCUM - 2003-08-05


İndonziyanın payıtaxtı Cakartada Meriot Mehmanxanasının yanında maşında partlayan bir bomba 13 adamın ölümünə 149 adamın isə yaralanmasına səbəb olub. Xəbərlərdə hadisənin qurbanlarının siyahısına Hollandiya vətəndaşlarının da daxil olduqları qeyd edilib. İndoneziyanın Prezidenti Megavati Sukarnoputri hadisənin baş verdiyi yerə gedib, bu ölkədəki Amerika səfirliyi isə ABŞ vətəndaşlarına İndoneziyadakı terrorçu hücum təhlükəsi barədə xəbərdarlıq edib. Ölkənin təhlükəsizlik idarəsinin başçısı isə bu hücumla Oktyabr ayında Balidə baş verən hücum arasında oxşarlıq olduğunu bildirib. Bu partlayış Bali hücumu ilə əlaqədar olaraq həbsdəki İslamçı yaraqlılar haqqında ilkin hökm verilməsindən iki gün əvvələ təsadüf edir.

XS
SM
MD
LG