Accessibility links

Amrozi Bali  hücumu ilə əlaqədar edama məhkum edilib. - 2003-08-07


İndoneziyanın bir məhkəməsi Amrozi adlı bir yaraqlını keçən il oktyabrın 12-də Bali kurort şəhərində gecə klublarında bomba partlayışları nəticəsində 202 adamın qətlə yetirilməsində əli olmaqda ittiham edərək edama məhkum edib. Amrozi məhkəmə prosesində partlayışla əlaqəsi olduğunu etiraf etmiş, lakin Cəmaa İslamiyyə təşkilatının üzvü olduğunu danmışdır. Hökumət Bali hücumunun məsuliyyətini bu təşkilatın üzərinə atır. Bu arada İndoneziya televiziyası bildirib ki, polis çərşənbəaxşamı Marriot mehmanxanasının yaxınlığında bomba partladılması ilə əlaqəsi olan iki nəfəri həbs edib.

XS
SM
MD
LG